Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb

İki neft tankeri Hörmüz boğazından minalanmış marşrutla keçməyə cəhd edib, nəticədə partlayaraq yanmağa başlayıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Bir saat əvvəl ABŞ-ın hiylə yolu ilə Hörmüz boğazının cənubunda minalanmış marşrutla keçməyə məcbur etdiyi iki neft tankeri partlayaraq yanmağa başlayıb”, – deyə məlumatda qeyd olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə öz növbəsində vurğulayıb ki, ABŞ-nin hərəkətləri nəticəsində yaranan həddindən artıq təhlükə səbəbindən Hörmüz boğazı keçid üçün bağlı olaraq qalır.

Korpus əlavə edib ki, son bir neçə saat ərzində ABŞ ordusunun dəstəyi ilə dörd gəmi Hörmüz boğazından keçməyə cəhd edib: “Raketlər və pilotsuz uçuş aparatlarının tətbiqi ilə keçirilən əməliyyat nəticəsində hər dörd gəmi dayandırılıb”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər