Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı?

Son dövrlərin ən çox müzakirə olunan bölgəsi – Hörmüz Boğazı haqqında demək olar ki, hər informasiya proqramında rast gəlinir. Bəs bu boğaz niyə bu qədər vacibdir? Xırda, ensiz bir ərazi niyə hər ölkənin, xüsusən də iri güclərin belə maraq dairəsindədir?

Əvvəlcə ərazinin kiçik coğrafi təsvirinə qısa nəzər salmaqda fayda var;

Boğazın eni təqribi 35-60 mil (55-95 km) civarındadır və İranı (şimal) Ərəbistan yarımadasındakı Omanın Musandam anklavından (cənub) ayırır. Həm iqtisadi, həm də hərbi əhəmiyyətə malik olan İran limanı  Bəndər Abbas, onun şimal sahil xəttində yerləşir və yaxınlığında İranın Qeşm (Qişm), Hörmüz, Henqam (Henjām) və Laraq adaları vardır. Birləşmiş Ərəb Əmirlikləri də boğazın yaxın olan, Musandam yarımadasının hər iki tərəfindəki boğazın ən dar nöqtəsindən təxminən 65-80 km (40-50 mil) məsafəsində yerləşir. Boğazdan müəyyən bir məsafədə olsa da, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması 1995-ci ildən bəri Bəhreyndə yerləşdirilmişdir və bu mövcudiyyət “boğazda təhlükəsiz keçidin təmin edilməsi” kimi şəkilləndirilmişdir.

Neft tankerləri boğazdan 2 mil (3 km) enində və iki mil bufer zonası ilə ayrılmış giriş və çıxış gəmiçilik zolaqları vasitəsi ilə keçir. Gəmiçilik zolaqları əsasən Omanın ərazi sularında, qismən də İranın ərazi sularında yerləşir, lakin onlar beynəlxalq dəniz hüququ və Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına (UNCLOS) əsasən tənzimlənir. İran gəmiçilik zolaqlarının şimalındakı, Oman isə cənubdakı hissəsinə nəzarət edir. İran gəmiçiliyi pozmaq qabiliyyətinə malik olsa da, boğazın böyük hissəsi neft tankerlərini idarə etmək üçün kifayət qədər dərindir (60-100 metr) və xeyli müddətdir ki, İranın boğazın bütün enini uzun müddət bağlamaq qabiliyyətinə malik olmadığı güman edilirdi. Lakin, 2026-cı il müharibəsi zamanı sadəcə qarşıdurma təhlükəsi, ticarət trafikinin 90 faizindən çoxunu yönləndirmək və İranın Boğazda gəmiçilik üzərində asimmetrik təsirini nümayiş etdirmək üçün kifayət etdi. 

Niyə bu qədər vacibdir:

Qlobal neft və mayeləşdirilmiş təbii qaz ixracının 20%-dən çoxu İran, İraq, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən ixrac edilən neftin əsas hissəsi bu boğazdan keçir (baxmayaraq ki, Birləşmiş Ərəb Əmirlikləri ixracının böyük hissəsini Oman körfəzindəki Fuceyra əmirliyi vasitəsilə yönləndirmək imkanına malikdir). 

* Qlobal neft istehlakının təxminən beşdə biri Hörmüz boğazından keçir.

* Dardır gəmiçilik zolaqları hər istiqamətdə cəmi bir neçə kilometr enindədir.

* Bir çox körfəz ölkələri əsas ixrac marşrutu kimi ona güvənirlər.

* Hər hansı bir pozuntu qlobal neft qiymətlərini, gəmiçilik sığortası xərclərini və enerji bazarının dəyişkənliyini tez bir zamanda artıra bilər.

* Marşrut dünya ticarətinə və enerji təhlükəsizliyinə təsir etdiyi üçün böyük güclər yaxınlıqda (hərbi) dəniz qüvvələrinin mövcudluğunu saxlayırlar.

Alternativlər varmı?

Bəli, amma heç biri Hörmüz boğazını tam əvəz etmir. Hörmüz boğazına əsas alternativlər məhduddur, buna görə də boğaz dünyanın ən strateji əhəmiyyətli gəmiçilik marşrutlarından biri hesab olunur. Hörmüz boğazına alternativlər aşağıdakılardır;

  1. Körfəzi boru kəmərləri: 
  •  Bəzi Körfəz ölkələri quru boru kəmərləri vasitəsilə Fars körfəzindən kənar limanlara boğazdan qismən yayınmaq olar:
  •  Səudiyyə Ərəbistanının Şərq-Qərb Boru Kəməri xam nefti Körfəz sahillərindən Qırmızı dənizin Yanbu limanına daşıyır.
  •  BƏƏ-nin Həbshan-Füceyra boru kəməri nefti birbaşa Hörmüzü tamamilə keçərək Oman körfəzinə ixrac edir.

Bu alternativlərin mövcud olmasına baxmayaraq, ümumi keçiş gücü adətən Hörmüzdən daşınan həcmdən daha azdır. Hesablamalar göstərir ki, neft axınının yalnız bir hissəsi bu şəkildə yenidən yönləndirilə bilər.

Bəzi ixraclar aşağıdakı limanlardan da ötrülür;

  •  Qırmızı dəniz
  •  Ərəb dənizi
  • Aralıq dənizi terminalları
  • Məhdud regional ticarət üçün dəmir yolu və ya yük maşını nəqliyyatı da var,

lakin bu alternativlər daşıyıcılar üçün olduqca baha başa gəldiyi üçün yenə də üstünlük Hörmüzdə qalır. Hətta, Qətərdən mayeləşdirilmiş təbii qaz ixracı üçün praktiki alternativ dəniz yolu yoxdur.

Bu qədər alternativin olmasına rəğmən niyə Hörmüz öz əhəmiyyətini hələ da saxlayır və üzərində müxtəlif hərbi və siyasi çəkişmələr davam edir?

Təbii sərvətlərin başqa  alternativlərə yönləndirilməməsinin digər əsas səbəblərdən biri də coğrafiyadır (məhz coğrafiya, coğrafi faktor yox). Körfəz neft ehtiyyatlarının əksəriyyəti fiziki olaraq Fars körfəzi hövzəsində yerləşir. Bu da bütün bu enerjini kənara ixrac etmək (daşımaq) üçün həmin ölkələrə boru kəməri şəbəkələri, nəhəng terminallar inşa etmək tələb olunacağı anlamına gəlir ki, bu da əlavə vaxt və zaman sərfiyyatına mail olacaq anlmına gətrib çıxarır.  

 Boğaz təkcə neft daşımaları üçün əhəmiyyyətlidir mi?

Təkcə neft və qaz emilı ilə bağlı olmayan Hörmüz boğazının bağlanması sənaye və ev təsərrüfatları üçün enerji qiymətlərinə də təsir göstərir, lakin həyati əhəmiyyətli ticarət keçidi gübrə daşınmalarının əhəmiyyətli bir hissəsini təşkil edir və uzunmüddətli qida istehsalına təhlükə yaradır. Boğaz həmçinin gübrələrin Avropaya daşınması üçün əsas keçid rolunu oynayır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, neft və qaz tədarükünü idarə etməklə yanaşı, qlobal gübrə ixracının təxminən 13%-i də Körfəzin açıq okeana yeganə çıxışından keçir və bu, dünya ərzaq istehsalına mühüm töhfə verir və əsas sütunlarından birini təmin edir.

  1. Mayeləşdirilmiş təbii qaz (LNG)

Qlobal LNG ticarətinin təxminən 20%-i, əsasən Qətər və BƏƏ-dən Hörmüzdən keçir

Əsas idxalçılara aşağıdakılar daxildir:

* Çin

* Hindistan

* Yaponiya

* Cənubi Koreya

  • Emal olunmuş neft məhsulları 

Yalnız xam neft deyil:

* benzin

* dizel

* reaktiv yanacaq

* yanacaq yağı

* kondensatlar

  • Neft-kimya məhsulları və plastik xammalları

* nafta

* metanol

  1. plastik və sənaye istehsalı üçün istifadə olunan kimyəvi xammallar.

Bunlar əsasən aşağıdakı məhsulların alınması üçün əhəmiyyətlidir;

* sintetik materiallar

* tibbi məhsullar

* gübrələr

* sənaye kimyəvi maddələri

Qısacası, Hörmüz boğazı sadəcə “neft yolu” deyil. O, qlobal enerji, kimyəvi maddələr, gübrələr, istehsal olunmuş mallar və qida təchizatı zəncirləri üçün əsas arteriyadır.

Müəllif: Aliyə Nuruyeva

Son xəbərlər
Digər xəbərlər