Türkiyə üçün Hörmüz boğazının bağlanması neft qiymətlərindən asılı olaraq $13,6 milyarddan $24 milyarda qədər əlavə xərclərə səbəb ola bilər. Bu barədə ölkənin energetika naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, əgər neftin orta qiyməti bir barel üçün $100 səviyyəsində qalarsa, ilin sonuna qədər əlavə xərclər $13,6 milyard təşkil edəcək. Qiymət $125 olarsa, bu məbləğ $24 milyarda qədər yüksələ bilər. O, qeyd edib ki, bunlar tamamilə əlavə xərclərdir.
Alparslan Bayraktar həmçinin bildirib ki, Hörmüz boğazı ətrafındakı böhran səbəbindən Türkiyə büdcəsi təxminən 600 milyard türk lirəsi (təxminən $13,3 milyard) həcmində vergi gəlirini itirə bilər.







