10 C
Baku
Monday, November 18, 2024

Horovluda 867 ailə yaşayacaq – FOTOLAR

Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin yəni 867 ailənin yaşaması nəzərdə tutulub.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir.

Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

1728109436 17279691614416237522 1200x630 11728109440 17279691613554262892 1200x6301728109400 17279691613596618209 1200x6301728109389 1727969240406728073 1200x6301728109384 17279691615496458902 1200x630

Son xəbərlər
Digər xəbərlər