11 C
Baku
Wednesday, November 13, 2024

“Hotbit” kriptobirjası bağlanır

“Hotbit” kriptobirjası bağlandığını elan edib, platformada əməliyyatlar mayın 22-də saat 7:00-da dayandırılıb. Kriptobirja istifadəçilərdən 21 iyun Bakı vaxtı ilə saat 08:00-a qədər qalan aktivlərini geri götürmələrini xahiş edib.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“Hotbit” kriptobirjası 2018-ci ilin əvvəlində təsis edilib. O vaxtdan bəri, onun məlumatlarına görə, dünyanın hər yerindən təxminən 5 milyon insan saytın xidmətlərindən istifadə edib.

Bağlanmaq qərarı bir neçə səbəbə əsaslanır. Birincisi, birja 2022-ci ilin yayında keçmiş işçilərindən birinə qarşı aparılan istintaq zamanı əməliyyatların dayandırılması, eləcə də mərkəzləşdirilmiş platformalardan vəsaitlərin çıxarılması nəticəsində iş şəraitinin pisləşməsini göstərib.

“Hotbit”ə görə kinci səbəb kripto sənayesindəki tendensiyaların dəyişməsidir. Hesabatda qeyd edilir ki, sənaye iki istiqamətdə inkişaf etməyə başlayıb: iştirakçıların bir hissəsi tənzimləmə qaydalarını qəbul edir, digər hissəsi isə daha da mərkəzsizləşir.

Üçüncü səbəb kripto sənayesində bir çox risklər yaradan qeyri-müəyyənlikdir. “Hotbit” 2000-dən çox rəqəmsal valyutanı dəstəkləyir. Bununla belə, komanda geniş çeşidli aktivləri dəstəkləmək üçün əməliyyat modelinin risklərin idarə edilməsi baxımından qeyri-davamlı olduğunu etiraf edir.

Bu arada, Böyük Britaniya kripto aktivləri tənzimləmək üçün qaydalar hazırlayır. May ayında ölkə parlamenti kriptovalyutaları qumar oyunları ilə eyniləşdirməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər