27 C
Baku
Friday, June 20, 2025

Hotel mövsümin ortasında təmirə bağlandığını elan edir: 2027-ci ildə fəaliyyətə başlayacaq

Əsasən yay aylarında fəaliyyət göstərən “Bilgah Beach Hotel” (əvvəlki Jumeirah Beach Hotel) 2027-ci ilin yay fəslinədək fəaliyyətini dayandırdığını açıqlayıb.

Banker.az xəbər verir ki, hotelin yaydığı açıqlamada bu addımın yenilənmə və təmir işləri ilə əlaqədar olduğu qeyd olunub:

“Yenilənmək və təmir işləri məqsədilə fəaliyyətimizə ara vermişik, lakin 2027-ci ilin yay fəslində möhtəşəm açılışla sizi qarşılamağı səbirsizliklə gözləyirik! Görüşmək ümidi ilə!”

Xatırladaq ki, BƏƏ-nin “Jumeirah” hotel şəbəkəsi 2012-ci ildə ölkəmizə yeni otel brendlərinin gəldiyi dövrdə Bilgəh qəsəbəsinin dəniz kənarında yerləşən və “AZİNKO” tikinti şirkəti tərəfindən inşa edilmiş oteldə öz brendini təqdim etmişdi. Həmin vaxt otel “Jumeirah Bilgah Beach Hotel” adı ilə fəaliyyətə başlamışdı. Lakin beş il sonra, səbəbləri tam açıqlanmadan, Jumeirah bu 175 otaqlı, 14 kateci və 300 metrlik özəl çimərlik xətti olan kompleksdən ayrıldı.

Hotel şəbəkəsinin fəaliyyətinə son qoymasından sonra obyektin adı dəyişdirilərək “Bilgah Beach Hotel” (rəsmi adı ilə “Yeni Bilgəh Oteli”) kimi yenidən turizm sektorunda fəaliyyətə başladı. Kompleksin satış və rezervasiya məsələlərini isə “Absheron Hotel Group” həyata keçirirdi.

Son xəbərlər
Digər xəbərlər