1 C
Baku
Cümə, Yanvar 21, 2022

Hövsanda 18 milyon manata yaşayış binaları tikiləcək

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət HN Construction MMC ilə 18 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 29, 31, 38 və 40 nömrəli 9 mərtəbəli 2 bloklu, 30 və 39 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 18 190 276 manatdır.

Bildirək ki, bu binalar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksində tikiləcək.

Onu da qeyd edək ki, HN Construction MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elşən Məmmədovdur.

Son xəbərlər
Oxşar xəbərlər