Hövsanda yeni yaşayış kompleksi salınır – MİDA layihələndirilməsinə 638 min manat xərcləyəcək

MİDA Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunacaq yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 637 min 647 manatdır.

Onu da qeyd edək ki, MİDA tərəfindən hazırda Yasamal rayonunda da 2 yaşayış kompleksinin tikintisi həyata keçirilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər