11 C
Baku
Saturday, November 16, 2024

Hövsandakı sosial mənzillərin tikintisi iki şirkətə həvalə edildi – 10,5 milyonluq müqavilə

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Hövsan qəsəbəsi tikinti-təmir işlərini həvalə etdiyi 2 şirkətin adı açıqlanıb.

Banker.az saytının əldə etdiyi məlumata əsasən, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işlərini “Azinvest İnşaat” QSC-yə məxsus “Faktor Qrup-S” MMC konsersiumu aparacaq. Buna görə, MİDA adıçəkilən konsersuma 7 622 852 manat ödəməli olacaq. Bura həmçinin poliklinika binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri də daxildir.

Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işləri, yəni, abadlıq və yaşıllaşdırma işləri “19 saylı Tikinti Təmir İdarəsi” MMC tərkibində olan “Caspian Plus-A” MMC konsorsiumuna həvalə edilib. MİDA bu şirkətlə isə 3 289 482 manat dəyərində müqavilə imzalayıb.

Untitled 2

Qeyd edək ki, yeni salınacaq bu şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 2962 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Small3

 

 

Son xəbərlər
Digər xəbərlər