13 C
Baku
Friday, November 22, 2024

“HP” audio və videocihaz istehsalçısı “Poly”ni 1.7 mlrd. dollara alır

Amerikanın “HP” şirkəti audio və video cihaz istehsalçısı “Poly”ni alacağını açıqlayıb. Bildirilir ki, müqavilənin dəyəri orta hesabla 1.7 milyard dollar təşkil edir.

Banker.az xəbər verir ki, şirkət “Poly”nin hər bir səhmini 40 dollar ödəməyə hazır olduğunu açıqlayıb. “Hibrid formatın gəlişi işimizə yenidən baxmaq üçün unikal imkan yaradır”, – deyə mesajda vurğulanır.

Qeyd olunur ki, sövdələşmənin ləğv ediləcəyi təqdirdə “Poly” 66 milyon dollar ödəməli olacaq. Müqavilənin 2022-ci ilin sonunda bağlanacağı gözlənilir.

“HP” – dünyanın ən böyük printer, skaner, monoblok, noutbuk, monitor və digər ofis texnikası istehsalçısıdır. Şirkət 2021-ci ildə 65 milyard dollar gəlir əldə edib. Martın əvvəlində şirkət “Dell”, 2Apple” və “Ericsson”un ardınca Rusiya bazarını tərk edib.

Son xəbərlər
Digər xəbərlər