2 C
Baku
Saturday, December 14, 2024

HP: Dövlət müəssələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib

“Dövlət resurslarından səmərəli istifadə olunmamasını deməyə əsas verən hal kimi elmi-tədqiqat institutlarına və Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Təsərrüfatı Ortaq Müəssisəsinə təhkim olunmuş torpaq sahələrinin 120 hektara yaxın hissəsinin kənar şəxslər tərəfindən zəbt edilməsidir”.

Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Hesabatda bildirilib ki, müəyyən tədbirlər görülsə də zəbtetmələrin aradan qaldırılmasına nail olunmaması və auditin keçirildiyi müddətdə də davam etməsi, analoji zəbtetmələrin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin dövlət sort-sinaq məntəqələrinə aid torpaq sahələrində də mövcud olması salahiyyətli dövlət qurumu ilə razılaşdırılmadan müqavilələrin bağlanılması və ya hər-hansı rəsmiləşdirilmə aparılmadan torpaq sahələrinin kənar şəxslərə istifadəyə verilməsi, 902.7 min manat dəyərində texnika və avadanlıqların müvafiq açıq üstü örtülü olmayan ərazilərdə istifadəsiz saxlanılması, 200.6 min manat məbləğinda vəsaitin xərclənməsi müqabilində praktiki əhəmiyyət və nəticəlilik baxımından məqsədlərə nail olunmaması, əmək resurlarının və texnikaların müvafiq torpaq sahələrinə nisbətən qeyri proporsional şəkildə bölüşdürülməsi və digər müəyyən çatışmazlıqlar müəyyən edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər