“HP” şirkəti 33,5 mlrd. dollarlıq təklifdən imtina etdi

“Hewlett-Packard” şirkəti “Xerox” korporasiyasının təklifini qəbul etməyib. Bu haqda CNBC kanalı məlumat verib. “HP” nin direktorlar şurası potensial birləşmədən sonrakı yüksək borc yükü, habelə aydın olmayan perspektivlər qarşısında tərəddüd edib. Belə ki, son ildə surət maşınları istehsalçısının gəliri 10% azalıb.

Daha əvvəl kapitallaşması 8,5 milyard dollara çatmayan “Xerox” şirkətinin “HP” ni 33,5 milyard dollara satın alması təklifi barədə məlumat yayılmışdır. Müqaviləyə görə, “Xerox” bu məbləğin 17 milyardını nağd, qalan hissəsini isə səhm şəklində ödəyəcəyi göstərilmişdir.

Birləşmə ideyasını milyarder Karl Aykan dəstəkləyib, hansıki hər iki şirkətin iri səhmdarlarından biridir. Amerikanın ən məşhur korporativ reyderinin fikrincə, o, iki rəqibi birləşdirmək üçün əlindən gələni etməyə çalışır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları