27 C
Baku
Saturday, July 27, 2024

“HP” şirkəti “HyperX” markasını 425 mln. dollara aldı

“HP” şirkəti press-relizində “HyperX” oyun markasının alışı prosesini tamamladığını bildirib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bununla da texnologiya nəhəngi oyun bazarında iştirakını genişləndirməyə çalışır.

Qeyd edək ki, “HyperX” markası oyun cihazlarının ən tanınmış istehsalçılarından biridir. Şirkətin buraxdığı məhsul çeşidinə qulaqlıqlar, klaviaturalar, siçan və onlar üçün altlıqlar, mikrofonlar, o cümlədən oyun konsolları üçün müxtəlif aksesuarlar daxildir.

Razılaşma çərçivəsində “HP” “Kingston Technology”ə 425 milyon dollar ödəyib. Daha əvvəl bildirildiyi kimi, “Kingston” “HyperX” markası altında operativ və fleş-yaddaş istehsal etməyi davam edəcək.

“HP” bu müqavilənin bir il sonra şirkətin gəlirini artırmağa kömək edəcəyini gözləyir.

Son xəbərlər
Digər xəbərlər