2 C
Baku
Saturday, December 14, 2024

HR: CV-nizin baxış sayına təsir edən amillər

İşədüzəltmə saytlarından hər hansı birinə CV-nizi yerləşdirdikdən sonra onun kifayət qədər baxış sayına sahib olmasının qayğısına qalmaq lazımdır. Göstərici nə qədər yüksək olarsa, iş axtaran şəxsin müsahibəyə dəvət edilmə şansı da bir o qədər çox olar.

Profilinizin işədüzəltmə üzrə sosial şəbəkələrdəki ziyarət sayını izləmək çox asandır, lakin bu baxış sayının artması və daha effektiv olması üçün onun hansı amillərdən asılı olmasını bilmək lazımdır.

 

Beləliklə, CV-nizin baxış sayını artıran amillər:

 

  1. Rezümenin yenilənməsi. İşəgötürən şəxslər mütəmadi olaraq yüzlərlə rezümeni nəzərdən keçirir. Lakin statistikaya əsasən, seçilən namizədlər adətən ilk baxılan 30-50 CV içərisindən təyin edilir. Bu səbəbdən də, CV-nizin siyahının əvvəllərində yer alması çox vacibdir. Rezümeniz siyahıda nə qədər çox yüksəkdə yerləşərsə, işəgötürən şəxsin diqqətini cəlb etmə şansı bir o qədərdir. Bu öz növbəsində sənədin uğurluluğuna da təsir edəcək. Mütəmadi olaraq rezümeni yeniləmək onu siyahı yuxarı pillələrə qaldıracaq. Rezümeni yeniləməklə yeni iş əldə etmək şansınız 30% artır.

 

  1. Relevantlıq.İşədüzəltmə saytlarında yerləşdirilən hər bir rezümenin axtarış veriləndə təklif edilən özünəməxsus rütbəsi var. Sistem daxil edilən sorğuya ən dolğun şəkildə uyğun gələn sənədi təqdim edir. Bu səbəbdən də, rezümenizi yerləşdirərkən məlumatları dolğun və tam şəkildə daxil etmək mütləqdir. Bu isə sənədinizin effektivliyini 10% artırır.

 

  1. Açar sözlər.Müəyyən bir vakansiya üzrə namizədliyinizi irəli sürdükdə, rezümenizdə maksimum açar söz göstərmək lazımdır ki, axtarış zamanı sənədiniz axtarış sistemi tərəfindən tapılsın. Bu isə öz növbənizdə şansınızı 15% artırmağa xidmət edir.

 

  1. Əlaqə nömrələri.Rəhbər şəxsin sizinlə əlaqə yaratmasına xidmət edən əlaqə vasitələrinin çoxluğu rezümenizin qiymətləndirilmə şansını artırır. Əlaqə vasitələri bölməsində kifayət qədər məlumatın olmaması (telefon nömrəsi, e-mail ünvanı, skype, əlavə telefon nömrəsi) rezümenizin rəhbər şəxs tərəfindən rədd edilməsinə səbəb ola bilər. Bu isə kifayət qədər məntiqli addım olardı. Əlaqə vasitələri haqqında məlumatın dolğun olması əlavə olaraq şansınızı 5% də artıracaq.

 

  1. Lakonik məlumat təqdimatı: İşəgötürən şəxsin diqqətini cəlb etmək üçün potensial namizdə cəmi 6 saniyə zamana sahibdir. Bu zaman ərzində rezümeniz onun diqqətini cəlb etməlidir. Bu səbəbdən də, bütün məlumat struktur baxımından düzgün və lazımi qaydada tərtib edilməlidir (əlavə 25% uğur şansı).
Son xəbərlər
Digər xəbərlər