10 C
Baku
Thursday, December 12, 2024

HR Departamentinin, treninqlərin təşkili bölməsinin baş mütəxəssisi (TuranBank)

İŞÇININ VƏZIFƏSI:

– İşçilərin daha çox ehtiyacı olan təlim-tədris mövzularının müəyyən edilməsi, bu istiqamətdə təlim-tədris kurslarının araşdırılması
– Bankın təlim-tədris prossesini tənzimləyən normativ bazanın daima təkmilləşdirilməsinin qayğısına qalmaq, bankdaxili və korporativ treninqlərin təşkilini aparmaq
– Daxili tədris üçün tədris materiallarının hazırlanması və təkmilləşdirilməsini təşkil etmək
– Bankxarici tədris şirkətlərinin və ya fərdi tədrisçilərin seçilməsi, onlarla münasibətləri, o cümlədən xidmətlərinin keyfiyyətinə nəzarət prosesini tənzimləmək
– Respublikadan kənar treninq, seminar və forumlarda iştirak edən işçilərin qeydiyyatını aparmaq
– Bütövlükdə Bankın tədris prosesinin planlaşdırılması və həyata keçirilməsini təşkil etmək

TƏLƏBLƏR:

– Ali təhsil
– Azərbaycan, rus və ingilis dili sərbəst
– HR sahəsi üzrə biliklər
– Bank və ya şirkətlərdə treninq sahəsi üzrə ən azı 2 illik iş təcrübəsi
– Yüksək səviyyədə ünsiyyət bacarığı
– Gözəl nitq qabiliyyəti və yüksək məntiq
– Komandada işləmək bacarığı
– Sərbəst qərar qəbul etmə qabiliyyəti

E-mail  [email protected]

Son xəbərlər
Digər xəbərlər