İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSIS
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
Kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək;
İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.
TƏLƏBLƏR:
Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
Ali təhsilli;
Bu sahədə minimum 2 il iş təcrübəsi;
E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır;
Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
Ünsiyyət qurma bacarığı;
Problemləri həll etmə bacarığı;
Detallara xüsusi diqqətlilik;
Stressə davavamlı.
İŞ ŞƏRAİTİ
İş vaxtı: 5/2 saat 09:00-18:00;
Şirkət tərəfindən nahar.
Uyğun gələn namizədlərdən CV-ni məktubun mövzu (subject) yerində “HR Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmək xahiş olunur.