HR mütəxəssis
Vəzifə öhdəlikləri:
- Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
- Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
- İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi;
- Struktur bölmələrin rəhbərləri ilə birgə işçilərin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi, tələb olunan vaxtda icra edilməsi;
- Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
- Əmək haqqı hesablaması üçün Mühasibatlıq şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə biliklər;
- Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri orta;
- Ünsiyyət qurma qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını ” HR mütəxəssis ” qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.