8 C
Baku
Thursday, March 28, 2024

“HR” sektorunda yeni peşələr

2000-ci illərin əvvəllərində “HR” abreviaturası çoxları üçün anlaşılmaz idi. “Kadrlar üzrə mütəxəssis” lər deyil, “HR” ların işlədiyi şirkətlər qabaqcıl sayılırdı. O vaxtdan bəri çox şey dəyişdi, kadrlar sektorunda bir çox sahə və ixtisaslar ortaya çıxdı. Onların bir çox artıq müstəqil peşələrə çevriliblər. 

İstedad meneceri (Talent Manager) 

Bu adam demək olar ki, sehrbazdır. Onun əsas vəzifəsi kadr bazarında istedadlı, qeyri-adi düşüncə tərzli işçiləri axtarıb tapmaq, onları şirkətdə işləməyə cəlb etmək, təşkilatın işinin xüsusiyyətlərinə və korporativ mədəniyyətə uyğunlaşmağa kömək etməkdir. Eyni zamanda onun vəzifələrinə şirkətdə çalışan işçilərin qabiliyyət və istedadlarını inkişaf etdirmək, peşə potensiallarını aşkar etmək üçün rahat şərait yaratmaq daxildir. Bir qayda olaraq, istedad meneceri şirkətin bütün heyəti ilə deyil, rəhbərliyin nöqteyi-nəzərindən ən dəyərləri mütəxəssislərin daxil olduğu “qızıl siyahısı” ilə işləyir. İstedad menecerinin əsas strateji vəzifəsi – şirkətə hədəflərinə çatmağa kömək edə biləcək istedadları tapmaq, cəlb etmək, inkişaf etdirmək və əldə saxlamaqdır. 

T&D meneceri (Training and Development) 

Təlim və inkişaf meneceri ümumiyyətlə şirkətin bütün heyəti ilə işləyir. Onun vəzifəsi kadrların davamlı təlim keçməsi və inkişafı üçün vahid sistem qurmaqdır. O, təcrübəli və daha savadlı işçilərdən bu peşəyə yeni başlayanlara biliklərin davamlı və yüksək keyfiyyətlə ötürülməsini təmin edir. T&D menecer davamlı peşəkar təkmilləşmə və inkişaf proqramlarını hazırlayır və həyata keçirir. O, korporativ təlimlər təşkil edir, şirkətin müxtəlif şöbələrində qısamüddətli təlim proqramları, seminar və treninqlər keçirmək üçün mütəxəssislər cəlb edir. Eyni zamanda, işçiləri başqa təşkilatlara və tədris mərkəzlərinə xarici təlimlərə yönəldir. T&D menecerinin strateji vəzifəsi korporativ təhsil standartını qorumaq, işçilərə davamlı təlim ideyasını aşılamaq və peşəkar inkişaf üçün motivasiyasını qorumaqdır.

Assessment menecer (Assessor) 

Assessor və ya assessment meneceri – işçiləri qiymətləndirən şəxsdir. Onun vəzifəsi əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssisləri “sınaqdan” keçirmək, o cümlədən onların işinə obyektiv qiymət verməkdir. Assessorun əsas bacarığı diaqnostik metodologiyanı bilməlidir. Peşəkar assessor mühasibləri,  maliyyə analitiklərini və ya logistika şöbəsinin işçilərini obyektiv və qərəzsiz olaraq qiymətləndirməlidir. Çox vaxt qiymətləndirmə çağrı mərkəzinin işçiləri, müştəri xidmətləri, iddialar üzrə mütəxəssislər, müştəri menecerləri, satış menecerləri arasında aparılır. 

Bir qayda olaraq, qiymətləndirmə xarici məsləhətçilər tərəfindən aparılır. Bu, qiymətləndirməni daha obyektiv və emosional cəhətdən neytral etməyə imkan verir. Adətən assissment xidmətləri filial quruluşu və ya ticarət istehsal sahələri olan böyük şirkətlərdə mövcuddur. 

 

 

Son xəbərlər
Digər xəbərlər