27 C
Baku
Wednesday, June 26, 2024

HR Specialist / İR üzrə Mütəxəssis – Vision Fund AzerCredit LLC

“Vijn Fond AzərKredit” MMC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.

İR Departamentinin Direktorunun yaxın nəzarəti altında işləyərək, uğurlu namizəd kadr işləri üzrə sənədləşmə prosesinin idarə edilməsi, faydalar administrasiyası və hesabat vermə daxil olmaqla müxtəlif fəaliyyətlərlə məşğul olacaq.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Təşkilatın kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
• Sənədləşmə prosesi haqqında Departament Direktoruna  müvafiq hesabatlar vermək;
• İşə qəbul, məzuniyyətlər, işdən azad edilməsi və digər proseslərin rəsmiləşdirilməsi ilə bağlı Regional menecerlər, Filial menecerləri və digər heyətlə birgə çalışmaq, məsləhətlər vermək;
• Heyətin sənədləşmə prosesi ilə bağlı məsələləri filialların inzibati işçiləri ilə koordinasiya etmək;
• AzərKreditin fəaliyyəti üzrə strateji planda nəzərdə tutulmuş hədəflərə uyğun qarşısına qoyulmuş hədəfləri həyata keçirmək;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mükəmməl biliyi;
• İR sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, ingilis və rus dilinin bilməsi arzuolunandır;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
• Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
• Stresli şəraitdə işləmək bacarığı;
• Peşəkar ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 10 oktyabr 2017-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘HR Specialist’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]   Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər