Britaniyanın HSBC bankı Böyük Britaniyanın Aİ tərkibindən çıxmasından sonra iş yerlərinin və biznesinin bir hissəsinin Parisə köçürülməsinə 200 milyondan 300 milyon dollara qədər vəsait sərf edə bilər.
Banker.az xəbər verir ki, HSBC bankının icraçı direktoru Stüart Qulliver bildirib ki, bu məbləğ Fransaya köçməyin dəyəridir. Burada söhbət 1000-ə yaxın iş yerinin Fransaya köçürülməsi, həmçinin məhkəmə prosedurlarına sərf ediləcək məbləğdən gedir.
Bankın təqribən 1 milyard dollar həcmində mənfəəti Brexit səbəbindən təhlükə altında qala bilər, bu səbəbdən də, maliyyə institutu biznesinin bir hissəsini Parisə köçürmək niyyətindədir.