9 C
Baku
Monday, November 18, 2024

“HSBC” bankı Rusiyanı tərk edir

Britaniyanın “HSBC” maliyyə qrupu Rusiyadakı biznesini “Expobank”a satmağa razılaşıb. Qeyd edək ki, bank Rusiya və xarici korporativ müştərilərə kredit və investisiya bankçılığı xidmətlərini göstərib. 2022-ci ilin fevral ayına qədər onun Rusiya bölməsində 200-ə yaxın işçi çalışıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Strateji təhlil apardıqdan sonra “HSBC” aktivlərinin “Expobank”a satışına dair müqavilə imzalayıb”, – deyə mesajda bildirilir. Rusiya bölməsi satıldıqdan sonra “HSBC” Rusiyanı tərk edəcək. Bununla belə, şirkət hələ tənzimləyicilərdən icazə almalıdır.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra bir çox xarici banklar ölkəni tərk etməyə başlayıblar. Onlar arasında “Societe Generale” və “Home Credit B.V.” da var.

Son xəbərlər
Digər xəbərlər