21.6 C
Baku
Monday, October 7, 2024

HSBC-in xalis mənfəəti birinci rübdə 31% artıb

Britaniya-Honkonq bank qrupu olan “HSBC Holdings PLS”, 2018-ci ilin analoji dövrü ilə müqayisədə xalis mənfəətini 31,4%, 2,91 milyard dollara qədər artırıb. Məlumat bankın maliyyə hesabatında qeyd olunub.

Banker.az xəbər verir ki, Hesablamalara görə, bir səhmdən əldə olunan gəlir 0,21 dollar təşkil edib. Qeyd edək ki, ötən ilin yanvar-mart arılığında bu rəqəm 0,15 dollar olmuşdur. Bank qrupunun əməliyyat gəliri 35,2% artaraq 5,621 milyard dollara çatıb.

Qrupun xalis mənfəəti cəmi 0,2% artaraq 7,468 milyard dollar, gəliri isə 5,2% artaraq 14,428 milyard dollar təşkil edib.

Bank qrupunun vergi çıxmalarından öncəki mənfəəti 6,213 milyard dollara qədər artıb. Analitiklər göstəricilərin 5,58 milyard dollar səviyyəsində olacağını ehtimal ediblər, Reuters agentliyi yazır. Qrupun səhmləri London birjasında 2,8% artıb.

 

Son xəbərlər
Digər xəbərlər