26 C
Baku
Saturday, July 27, 2024

HSBC-nin baş ofisində koronavirus aşkarlandı

Böyük Britaniyanın ən böyük bankı HSBC-nin paytaxt Londondakı baş ofisində çalışan bir nəfərdə koronavirus (Kovid-19) aşkarlanıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

“İşçimizin işlədiyi mərtəbəni və ümumi sahələri hərtərəfli təmizləyirik. Eyni mərtəbədə çalışan işçilərə və həmin işçi ilə təmas quranlara evlərindən işləmələri bildirilib. Binamız rəsmi və tibbi məsləhətlərə uyğun olaraq fəaliyyət göstərəcək” – deyə HSBC bəyanatında bildirilib.

Bankın baş ofisində 10 min nəfər işləyir.

Xatırladaq ki, ötən həftə ABŞ-ın “Deloitte” audit şirkətinin də Londondakı ofisində bir işçidə koronavirus aşkarlanmışdı.

Son xəbərlər
Digər xəbərlər