34 C
Baku
Wednesday, August 17, 2022

HSBC-nin xalis mənfəəti 4% artıb

Bu ilin yanvar-sentyabr aylarında Böyük Britaniya – Honkonq bank qrupu – HSBC 11,478 milyard dollar xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

Son 1 ildə bankın hər səhminə düşən dividendin məbləği isə 0,02 dollar artaraq 0,57 dollara çatıb.

9 ay ərzində HSBC-nin əməliyyat gəlirləri 42,727 milyard dollar (illik müqayisədə 4% çox), o cümlədən xalis faiz gəlirləri isə 22,808 milyard dollar (cüzi çox) təşkil edib. 

©Report

Son xəbərlər
Oxşar xəbərlər