18 C
Baku
Wednesday, October 15, 2025

HSBC “Nvidia”nin reytinqini yüksəltdi: süni intellekt təxmınən 80%-lik artım vəd edir

HSBC Bank “Nvidia”nın səhm reytinqini “saxla”dan “al” səviyyəsinə qaldırıb, süni intellekt çiplərinə artan tələbi əsas gətirərək hədəf qiyməti 200 dollardan 320 dollara yüksəldib. Bu, “Nvidia”nın son bağlanış qiyməti olan 180,03 dollardan təxminən 80%-lik artım potensialı deməkdir.

“Nvidia”nın səhmləri “premarket”də 2,2% bahalaşıb, ilin əvvəlindən bəri isə 34% artıb. Analitiklərin 90%-dən çoxu “Nvidia” səhm almağı tövsiyə edir, orta hədəf qiymət isə 220 dollardır.

HSBC həmçinin “AMD” üçün “al” reytinqini təsdiqləyib və hədəf qiyməti 185 dollardan 310 dollara qaldırıb.

“Premarket”də “AMD” səhmləri 2,5% artıb, ilin əvvəlindən bəri isə 80%-dən çox yüksəlib. “OpenAI” ilə əməkdaşlıq hər iki şirkət üçün artım perspektivlərini gücləndirir.

Bloomberg

photo 2025 10 15 17 03 00

Son xəbərlər
Digər xəbərlər