Beynəlxalq maliyyə qrupu olan HSBC Rusiyadakı törəmə bankını satır. Bildirilir ki, alıcı “Exobank” olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Expobank” rusiyalı iş adamı İqor Kimə məxsusdur. Kredit təşkilatının Rusiyanın 50-dən çox şəhərində ofisləri var.
HSBC bir neçə il əvvəl Rusiya bazarını tərk etsə də, korporativ müştərilərlə işini saxlayıb. Təşkilatın Rusiya bölməsinin ümumi aktivləri 89.9 milyard rubl təşkil edir (1.4 milyard dollar).