9 C
Baku
Thursday, December 12, 2024

“HSBC” şirkəti 10 000 işçisini ixtisar edəcək

Ingiltərənin kredit təşkilatı xərcləri azaltmaq niyyətindədir.

Banker.az xəbər verir ki, Böyük Britaniyanın HSBS bankı işçilərinin sayını azaltmağı planlaşdırır. Financial Time qəzetinin verdiyi məlumata görə, xərcləri azaltmağa çalışan kredit təşkilatının təxminən 10 min işçisi işsiz qala bilər.

“Son illərdə, xərclərimizlə bir şey etməli olduğumuzu bilirdik. Bu işə indi başladıq”,-  deyə təşkilatdakı mənbələrdən biri nəşrə bildirib.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, bank CEO John Flint-in istefasından sonra 4 min nəfər işçini işdən azad etmək niyyətində olduğunu bildirmişdir.

“Biz bu il xərclərin 650-700 milyon dollar arasında olacağını proqnozlaşdırırıq. Şirkət işçi qüvvəsinin 2%-ni işdən azad etməyi planlaşdırır. Bu, ümumi maaş xərclərimizin təxminən 4%-ni təşkil edir, ona görə də ixtisarların təşkilatın yüksək vəzifəli işçilərinə yönəldiyini düşünməlisiniz”, – deyə bankın maliyyə direktoru  Ian Stevenson məlumat verib.

Əsas səbəblər arasında: faiz dərəcələrinin aşağı olması ilə əlaqəli olan çətinliklər, ticarət münaqişələri və qeyri-müəyyənlik (Brexit). Sonuncu şirkətin fəaliyyətinə daha çox təsir göstərmişdir: Financial Times-ın qeyd etdiyi kimi, işdən çıxa dalğası bankın Avropa filiallarında keçəcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər