20 C
Baku
Friday, May 3, 2024

Metak işçi axtarır – Əmək haqqı: 600 manat

HSE Officer

Vəzifə öhdəlikləri:

– İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi
– İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək
– İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq
– İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək
– Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək
– Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq
– Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi.

Tələblər:

– Ali təhsil.
– Dil bilikləri (Azərbaycan dili, Rus dili)
– MS office proqramlarını bilməli
– İş təcrübəsi 1-3 il.
– Ə/h – 600 azn

İş vaxtı: həftənin 6 günü, saat 08:00 – 17:00, bazar günü – istirahət

Nahar şirkət tərəfindən verilir.

Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 01.07.2017–ci il tarixinə kimi müraciət edə bilərlər:

https://www.metak.az/resume.php?vid=87

Son xəbərlər
 ⁠
Digər xəbərlər