5 C
Baku
Friday, November 8, 2024

HTC 11 smartfonunun texniki xüsusiyyyətləri internetdə yayıldı

HTC şirkətinin yeni smartfon modeli HTC 11-in texniki xüsusiyyətləri internetdə yayıldı. Məlumatlara əsasən, olduqca güclü bir smartfon olduğunu deyə bilərik.

Çərçivəsiz ekran

Paylaşılan məlumatlara görə HTC 11 modeli Sharp şirkəti ilə birgə istehsal olunan 5.5 düymlük QHD ekrana sahib olacaq. Lakin, cihazın çərçivəsiz ekranı Xiaomi-dəki kimi köklü dəyişikliklərdən ibarət olmayacaq. Yəni smartfon ön kameraya sahib olacaq.

Cüt arxa kamera

Bildiyiniz kimi, HTC smartfon sektorunda cüt kamera texnologiyasından istifadə edən ilk markalardandır, lakin HTC 10 modelində bu kameralardan istifadə edilməmişdi. HTC 11 modeli ilə birlikdə biri 8 MP digəri isə 12 MP olan cüt arxa kameradan istifadə ediləcək.

Güclü texniki xüsusiyyətlər

Yayılan məlumatlara görə HTC 11 modeli 6 GB və ya 8 GB RAM-a ( əməli yaddaş ) sahib olacaq və cihazın daxili yaddaşı 256 GB həcmində olacaq. Cihazın prosessoru isə gözləniydiyi kimi Snapdragon 835 olacaqdır. Əlavə olaraq, cihaz Android 7.1 əməliyyat sisteminə və 3700 mAH batareyasına sahib olacaq.

Cihazın texniki xüsusiyyətləri barədə ən dəqiq məlumat 2017-ci ildə Barselonada keçiriləcək Dünya Mobil Konqresində paylaşılacaq.

monotechno.com

Son xəbərlər
Digər xəbərlər