HTC şirkətinin 2020-ci ildə flaqman smartfon modellərini satışa çıxardacağı barəsində daha öncədən yayılmış məlumatlar öz ilk təsdiqini tapdılar. Şirkətin premium seqmentə qayıdacağı barəsində ilk məlumatı HTC-nin yeni rəhbəri verib. O həmçinin HTC-nin hansı səbəbə görə bu il flaqman smartfonu satışa çıxartmağını da açıqlayıb. Bu barədə Slashgear saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkətin yeni rəhbəri vəzifəsinə Avropanın Orange adlı mobil operatorunun keçmiş icraçı direktoru Yves Maitres gəlib.
O bildirib ki, HTC-nin əsas səhvi ondan ibarət idi ki, o, əsas diqqətini virtual və artırılmış reallıq texnologiyalarına edilmiş investisiyalara yönəltmişdi. Lakin indi şirkət premium smartfonlar bazarına geri qayıtmağa hazırlaşır. Çoxlu sayda olmuş məlumat sızıntılarına baxmayaraq HTC smartfon istehsalından tamamilə imtina etdiyini bildirməmişdi. Son aylar şirkət orta büdcəli smartfonların istehsalına öz diqqətini ayırmışdı. Şirkətin yeni flaqman smartfon modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
©Technote.az