10 C
Baku
Wednesday, December 11, 2024

“HTC” şirkətinin smartfon biznesi satılıb

ABŞ-ın “Alphabet” holdinqi Tayvanın “HTC” şirkətinin smartfon biznesinin bir hissəsinin 1,1 milyard dollara satın alınması üzrə sazişi rəsmən başa çatdırıb. Bu barədə “Google” şirkətinin avadanlıqlar üzrə vitse-prezidenti Rik Osterlo məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, “Google” şirkəti inhisara aid olmayan intellektual mülkiyyət lisenziyasına, o cümlədən “HTC” şirkətinin hazırladığı mobil qurğuların dizaynının hüquqlarına sahib çıxacaq. Bundan başqa, “HTC” şirkətinin 2 min mühəndisi ABŞ şirkətinə qoşularaq Tayvanda fəaliyyətlərini davam etdirəcəklər. Sazişin başa çatmasını bəyan edən R.Osterlo qeyd edib ki, Tayvanın paytaxtı Taybey “Google” şirkətinin Asiya-Sakit okean regionunda nəhəng mühəndislik mərkəzinə çevrilir.

Bununla yanaşı, brendi üzərində hüququnu qoruyan “HTC” şirkəti smartfonların buraxılışını davam etdirəcək. Saziş, həmçinin “HTC” şirkətinin kontrakt əsasında istehsal üzrə əməliyyatlarına və onun virtual reallıq bölməsinə şamil edilmir.

Qeyd edək ki, “HTC” və “Google” şirkətləri uzun müddətdir əməkdaşlıq edirlər. Məsələn, Tayvan şirkəti “Android” sistemli ilk “T-Mobile G1” (HTC Dream) smartfonunu hazırlayıb, 2010-cu ildə “Nexus One” smartfonunu, 2014-cü ildə isə “Nexus 9” planşetini təqdim edib. Həmçinin ikinci nəsil “Pixel 2” smartfonunun istehsalı “HTC” şirkətinə həvalə edilib.

Son xəbərlər
Digər xəbərlər