9 C
Baku
Monday, December 23, 2024

HTC şirkətinin yaranma tarixi

HTC şirkəti 1997-ci ildə Tayvanda yaradılıb.

İlk olaraq şirkətin məqsədi noutbookların istehsalı idi, lakin artıq 1998-ci ildə htc rəhbərliyi yeni bir istiqamətə yönələrək mobil telefonların istehsalına başladı.

Lakin şirkət əsl məşhurluğu 2002-ci ildə Microsoft-dan mobil OC əsasında ilk portativ cihazların yaradılması zamanı qazandı. Şirkətin yaratdığı cihazlar diqqət mərkəzindən kənarda qalmırdı. Tayvan şirkəti bütün dünyadan telekommunikasiya “nəhəng”lərini cəlb etməyə başladı.

HTC tarixində yeni dövr başlandı: şirkət mobil əlaqə operatorlarının ticarət markaları altında smartfon istehsal etmək qərarına gəldi. Sözsüz ki, bu telefonlar yalnızca adlarına görə fərqlənirdi və texniki planda bütünlüklə eyni idilər.

2005-ci ildə HTC dünyada ilk dəfə olaraq 3G-ni dəstəkləyən smartfonlar təqdim etdi. Bir ildən sonra isə smartfonlarda GPS modulu peyda oldu.

2008-ci ildə HTC yenidən liderə çevrildi: bu ildə Android əməliyyat sistemi ilə işləyən dünyada ilk T-Mobile G1 smartfonunu yaratdı. Bu tək şirkətin deyil, bütün smartfon bazarının taleyini dəyişdi. Android OS ilə idarə edilən smartfonlar şirkətin yeni simasına çevrildi və məhz bu əməliyyat sistemi ilə müasir HTC cihazları yaradıldı.

Cəmi bir neçə il ərzində HTC inqilabi məhsullar istehsal etməklə Nokia kapitalizasiyasını geridə qoya və smartfon bazarında liderə çevrildi.

Son xəbərlər
Digər xəbərlər