HTC şirkəti kabelsiz qulaqlıq üzərində iş aparır.
Banker.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir neçə il əvvəlin texnologiya nəhənginin istehsal edəcəyi qulaqlığın qılıfında 400 mAs gücündə batareya yerləşdiriləcək. HTC TWS1 adı veriləcəyi deyilən qulaqlığın özündə yerləşdirilən batareya isə 40 mAs gücündə olacaq.
Ağ və qara rəngdə dizayn ediləcək cihaz USB-C vasitəsilə enerji yığacaq.