28 C
Baku
Saturday, July 27, 2024

Mərkəsi Bank hərraca çıxardığı notların nəticələri məlum oldu

23 noyabr 2016-cı il tarixində Bakı Fond Birjasında(BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100452S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 75 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-na istinadla bildirir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,058,300.00 AZN təşkil etmişdir.

Sifariş 98.8472 AZN (14.9946%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9946%), orta ölçülmüş qiyməti – 98.8472 AZN (14.9946%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 23.11.2016 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi  5,058,300.00 manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 21.12.2016-cı ildir.
Son xəbərlər
Digər xəbərlər