2 C
Baku
Monday, March 4, 2024

“AGA Group”un “City Finance BOKT”si ötən il 3 mln. xalis mənfəət əldə edib

Azərbaycanda biznes mərkəzlərinə sahib “AGA Group”un kredit biznesi “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC böyüməklə bərabər ili xalis mənfəətlə tamamlayıb.

Banker.az xəbər verir ki, bu barədə “City Finance BOKT”nin illik audit hesabatında qeyd edilir.

Hesabtda qeyd edilir ki, 2022-ci ildə 5 mln. 518 min manat faiz gəliri əldə edib, 136 min manat faiz xərci çəkib və 5 mln. 382 min manat xalis faiz gəliri əldə edib. Öncəki ildə xalis faiz gəliri 2 mln. 786 min manat idi.

Beləliklə, 2022-ci ildə 3 mln. 60 min manat xalis mənfəət əldə edib. Ncəki göstəricidən 2 dəfə yuxarıdır.

“City Finance BOKT” 2022-ci ildə əlaqəli tərəflərdən əlavə borclar cəlb edib və bunun həcmini 12 mln. 53 min manata qaldırıb ki, vəsaitləri də kredit bazarına “rahatlıqla” yönəldə bilib. BOKT-nin kredit portfeli 23 mln. 721 min manata yüksəlməklə hesabat ilindən öncəki ili 33% üstələyib. Onun ümumi aktivlərinin həcmi son bir ildə 18 mln. 609 min manatdan 24 mln. 663 min manata yüksəlib.

2022-ci ildəki xalis mənfəətdən sonra onun balansında 5 mln. 154 min manat yığılmış mənfəət vardır. Səhmdarın 5 mln. manatlıq əlavə nizamnamə kapitalı da hesablandıqda BOKT-nin cəmi kapitalı 10 mln. təşkil edir.

Xatırladaq ki, BOKT 2013-cü ildə təsis edilib və nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Kapitalının72.5%-i “AGA Group”a (3 mln. 625 min manat) və 27.5%-i (1 mln. 375 min manatı) Habib Zadeh Mohammed Reza Parvizə məxsusdur.

2 5 1 8

 

Son xəbərlər
Digər xəbərlər