5 C
Baku
Wednesday, February 21, 2024

DSK iqtisadi fəal əhalinin sayını faktiki göstəricidən 160 min nəfər artıq hesablayırmış

Azərbaycanda aprel ayında iqtisadi fəal əhalinin sayında kəskin azalma qeydə alınıb və Dövlət Statistika komitəsi bunu yeni siyahıyaalma ilə əlaqələndirir.

Banker.az xəbər verir ki, 2023-cü ilin 1 aprelində 5 milyon 361.6 min nəfər iqtisadi fəal əhali göstərildiyi halda, 5 milyon 203.9 min nəfər təşkil edib. Beləliklə, bir ayda iqtisadi fəal əhalinin sayı 157.7 min nəfərə düşüb. Məlum olur ki, indiyə qədər iqtisadi fəal əhalinin sayı faktiki göstəricidən yuxarı imiş.

DSK isə bunu 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəzərə alınması ilə əlaqələndirir.

Məlum olur ki, ölkədə sən demə məşğul əhali 5 milyon 59.1 min nəfər deyil, 4 milyon 910.7 min nəfər imiş. Eləcə də, işsiz əhalinin sayı 302.5 min nəfər deyil, 293.2 min nəfər imiş – bu 9.3 min nəfər az imiş.

Beləliklə, Azərbaycanda işsizlik səviyyəsi 5.63% səviyyəsindədir. Yeni siyahıya işsizlik səviyyəsində bir o qədər də böyük yaratmayıb. Bir ay öncə 5.64% idi.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

DSK demoqrafik vəziyyətlə bağlı açıqlamasında bildir ki, Azərbaycanda 2023-cü il aprel ayının 1-i vəziyyətinə görə, 10 milyon 138.59 min əhali yaşayır.

2347423423467

Son xəbərlər
Digər xəbərlər