28 C
Baku
Wednesday, July 24, 2024

Dünyada bir ilk! Apple “yuvarlana bilən” iPhone hazırlayır

Texnologiya sənayesindəki yeniliyi ilə tanınan Apple hələ də rəqibləri Samsung, Oppo və Motorola kimi qatlana bilən smartfon təqdim etməyib.

Banker.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya nəhənginin son patenti göstərdi ki, Apple öz növünün ilki olacaq “qatlanan” iPhone hazırlamağı planlaşdırır.

Apple iPhone 15-i sentyabr ayında təqdim etsə də, şirkət yuvarlana bilən smartfon buraxmağa qərar verərsə, bu, ən azı 2024-cü ilə qədər olmayacaq.

ABŞ-ın “Apple” şirkətinin patent sənədlərində ox ətrafında əyilən nazik və çevik ekrana malik rulon formalı iPhone dizaynı bütün detalları ilə görünüb. Apple-ın dizaynında ekranın üzərində qoruyucu şüşə təbəqəsi, həmçinin ekranı cızıqlardan və digər zədələrdən qorumaq üçün ləkə, duman, əks etdirmə əleyhinə antistatik təbəqələr var.

iPhone yuvarlananda ekran ox ətrafında silindrə bükülür və Apple yuvarlanma və açılma prosesində onu qorumaq üçün cihazın daxili hissəsinə bir neçə qat əlavə etməyi təklif edir. Patentə görə, telefonun daxili hissəsindəki örtüklər plastik material olan poliimiddən ibarət olacaq.

Son xəbərlər
Digər xəbərlər