Amerikanın Şarlott şəhərində bank işçisi 88 min dollar oğurlayaraq, bu xəbəri sosial mediada paylaşıb. Bu haqda WIVB məlumat verib.
Qeyd edildiyi kimi, 29 yaşlı Arlando Henderson əlində dəstə-dəstə yığdığı pullarla bahalı avtomobilin fonunda şəkil çəkdirərək, sosial şəbəkələrində paylaşıb.
Polis əməkdaşları Hendersonu bu şəkillərin sayəsində tuta biliblər.
Arlando Hendersona qarşı 30 il həbs, habelə 1 milyon dollarlıq cərimə cəzası tətbiq edilə bilər.