17 C
Baku
Friday, October 31, 2025

Huanq effekti: “Nvidia” rəhbərinin Seula səfərindən sonra Koreya səhmləri kəskin bahalaşıb

“Nvidia”nın baş direktoru Censen Huanqın “Samsung Electronics”in sədri Cey Y. Li və “Hyundai Motor”un rəhbəri Con Sonla birlikdə Seulda yerləşən “Kkanbu Chicken” restoranında pivə və qızardılmış toyuqla şam yeməyindən çəkilmiş fotoları sosial şəbəkələrdə viral təsir yaradıb və Koreya bazarında ralliyə səbəb olub.

“Kkanbu”nun rəqibi “Kyochon F&B”nin səhmləri — 20%, toyuq istehsalçısı “Cherrybro”nun səhmləri — 30% yüksəlib. Toyuq qızartma robotları təchizatçısı “Neuromeka”nın dəyəri də əhəmiyyətli dərəcədə artıb.

Bu hadisə bir daha göstərir ki, “viral” kontent və memlər, fundamental göstəricilərə baxmadan Cənubi Koreyada qısamüddətli bazar impulslarını formalaşdırır, “Bloomberg” yazır.

Daha nələr baş verdi?

Huanq həmin axşam həm pivəni, həm də bütün Cənubi Koreya texnologiya sektorunu “qaldırdı”. Nvidia” Cənubi Koreya hökuməti və ölkənin nəhəng korporasiyaları olan “Samsung Electronics”, “Hyundai Motor Group” və “SK Group” ilə milli süni intellekt infrastrukturunun inkişafı üçün 260 mindən çox akseleratorun tədarükü barədə razılıq əldə etdi.

Elm Nazirliyinin dəstəklədiyi təşəbbüs çərçivəsində Cənubi Koreya suveren süni intellekt şəbəkəsi yaradacaq və “Nvidia”nın 50 mindən çox ən yeni çipi “Kakao”, “Naver” və “NHN Cloud” məlumat mərkəzlərində quraşdırılacaq.

“Samsung” yeni nəsil “HBM” yaddaşı əsasında “süni intellekt fabriki” tikəcək, “Hyundai”  “Blackwell” prosessorlarını avtonom idarəetmə və robotlaşdırılmış istehsalat sahəsində istifadə edəcək, “SK Group” isə Asiyada “RTX Pro 6000” çipləri üzərində ilk “sənaye AI buludu”nu quracaq.

Son xəbərlər
Digər xəbərlər