Huawei əməkdaşlarına amerikalı həmkarlarla görüşlər qadağan edilib

0
Huawei

 Huawei şirkətinin əməkdaşlarına texniki məsələlər üzrə amerikalı əməkdaşları ilə görüşmək qadağası qoyulub. Bu barədə Financial Times saytına istinadən Rusbase saytı xəbər verib. “ABŞ hökuməti ilə gərgin münasibətin fonunda Huawei şirkəti öz əməkdaşlarının texnki məsələlər üzrə amerikalı həmkarları ilə görüşlərin ləğv edilməsini və şirkətin Şençjen şəhərindəki baş ofisində çalışan amerikalı əməkdaşların ABŞ-a geri göndərilməsini təyin edib” – deyə xəbərdə qeyd olunub.

    Huawei-yə qarşı olan məhdudlaşdırıcı proseslərin elan olunduğu iclas da vaxtından əvvəl bitib və amerikalı nümayəndələrə öz noutbuklarını götürərək Huawei binasını tərk etmək təklifi edilib. Huawei həmçinin Çin və ABŞ-dakı ofislərinin bir-biriləri ilə necə əlaqədə olduqları mövzusuna dəyişikliklər etməklə də məşğul olub. Bu üsulla şirkət qarşılıqlı əlaqənin ABŞ hökuməti tərəfindən təyin edilmiş qara siyahı qərarına uyğunlaşdığını zəmanət altına alıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

©Technote