13 C
Baku
Saturday, November 23, 2024

“Huawei” 10 sentyabrda üç dəfə qatlanan smartfon təqdim edəcək

Çinin Huawei şirkəti sentyabrın 10-da bir sıra yeni məhsullarını təqdim edəcək. “Bloomberg”in məlumatına görə, söhbət üç dəfə qatlanan elastik ekranlı smartfondan gedir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Təqdimat Apple-ın yeni məhsullarının nümayişindən bir gün sonra baş tutacaq. “Apple”ın yeni məhsullarının nümayişindən bir gün sonra baş tutacaq. “Huawei” beş ildir ki, üç dəfə qatlanan smartfon hazırlayır. Şirkət həmçinin yeni çip və süni intellekt xüsusiyyətlərinə malik Mate 70 Pro-nu təqdim edə bilər.

Mediada yayılan məlumatlara görə, “Xiaomi” şirkəti də üç dəfə qatlanan smartfon üzərində işləyir. Yeniliyin prototipinin nümayişi və ya rəsmi təqdimatı fevral ayında baş tuta bilər.

Son xəbərlər
Digər xəbərlər