32 C
Baku
Thursday, August 11, 2022

“Huawei” 5G patentlərindən istifadəyə görə smartfon istehsalçılarından pul alacaq

“Huawei” smartfon istehsalçılarından 5G patentinin istifadəsinə görə pul alacaq. Şirkət hər cihazdan 2.5 dollar almağı planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu, rəqiblərlə müqayisədə daha azdır. Məsələn, “Nokia” cihaz başına 3 avro (3.58 dollar), “Ericsson” – 2.5 -5 dollar götürür. “Qualcomm” isə hər “Apple” cihazından 7.5 dollar qazanır.

“GreyB” tədqiqat şirkətinin araşdırmasına görə, “Huawei” 3007 5G patent ailəsinə sahibdir. Patent ailəsi dedikdə, fərqli ölkələrdə əldə edilmir və ya oxşar patent qrupu nəzərdə tutulur.

Hal-hazırda şirkət 4G patentlərindən istifadəyə görə şirkətlərdən pul alır. Hesablamalara görə, 2019-cu ildən 2021-ci ilədək “Huawei” patent lisenziyasından 1.3 milyard dollar gəlir əldə edəcək.

5G patentləri ABŞ-ın sanksiyalarından təsirlənən Çin şirkətləri üçün əlavə gəlir mənbəyi olacaq. 2019-cu ilin yayında ABŞ hökuməti “Huawei”i qara siyahıya daxil edib.

Amerikan şirkətləri həm də “Huawei” avadanlığından istifadə edə bilməzlər. Lakin rəhbərlər Amerika sanksiyalarının şirkətin patent vermə qabiliyyətinə təsir etmədiyini vurğulayırlar.

Son xəbərlər
Oxşar xəbərlər