“Huawei” şirkəti yeni “ağıllı” eynəklərini təqdim edib. Verilən məlumata görə, cihaz “HarmonyOS” əməliyyat sistemi ilə təchiz edilib.
Banker.az xəbər verir ki, istifadəçilərə üç növ çərçivə (klassik, aviator və retro), eləcə də müxtəlif alternativlər təklif olunur.
Eynəklər nəm və yağışdan qorunur (PX4), batareyasının tutumluluğu isə 16 saatdır. Şirkətdən verilən məlumata görə, bir yükləmə ilə cihaz 80 dəqiqə musiqi dinləməyə imkan verir, eyni zamanda Bluetooth 5.2 dəstəklənir.
Bu gündən sifarişlərin qəbulu başlayıb. Cihazın qiyməti 267 dollar, günəşdən qoruyucu versiyanın qiyməti isə 298 dollardır.