6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Huawei” Avropa bazarı üçün yeni qurğular təqdim edib

“Huawei” şirkəti Avropa üçün iki yeni smartfon və planşet təqdim edib.

“Y6p” və “Y5p” smartfonları, eləcə də “MatePad T8” planşeti ucuz modellər sinfinə aiddir. Onların satışa çıxarıldığı ilk Avropa regionu Rumıniya olub.

“Honor 9s” modelini xatırladan “Huawei Y5p” smartfonunun Rumıniyada qiyməti 134 dollar təşkil edir. O, 1440 x 720 piksel təsvir ölçülü 5,54 düymlük ekran, 8 meqapikselli əsas kamera, 5 meqapikselli ön kamera, “MediaTek Helio P22” prosessoru, 2 giqabaytlıq operativ yaddaş, 32 giqabaytlıq quraşdırılmış yaddaş, 3020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Bildirilir ki, 179 dollara təklif edilən “Huawei Y6P” 1600 x 720 piksel təsvir ölçülü 5,63 düymlük ekran, 13, 8 və 2 meqapiksel sensorlu 3 kamera, 8 meqapikselli ön kamera, “MediaTek Helio P22” prosessoru, 4 giqabaytlıq operativ yaddaş və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 3020 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Qiyməti 112 dollar təşkil edən “MatePad T8” planşeti 1280 x 800 piksel təsvir ölçülü 8 düym diaqonallı ekran, “MediaTek MT8167” prosessoru, 2 giqabaytlıq operativ yaddaş, 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, 5100 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

Bütün qurğular “Google” servis və əlavələri ilə təchiz edilməyən “Android 10” əməliyyat sistemi əsasında “EMUI 10” proqram təminatının idarəetməsi ilə işləyir.

Mənbə:İctnews
Son xəbərlər
Oxşar xəbərlər