®Bugün Berlində keçirilən innovativ məhsulların təqdimat tədbirində Huawei “Gələcək bugündür” konsepsiyası çərçivəsində bir sıra yeni cihazlar və qabaqcıl texnologiyalarını təqdim etdi. Müasir texnologiya nailiyyətlərini zərif dizaynla birləşdirən Huawei, gələcəyin daha ağıllı və estetik baxış nöqtəsini formalaşdırır.
HUAWEI WATCH 5 – interaktiv imkanların inkişafında innovativ sıçrayış örnəyi
HUAWEI WATCH 5 geyilə bilən cihazlarla istifadəçi arasında smart əlaqədə inqilabi dəyişikliklər təqdim edir. Bu saatda yenilənmiş HUAWEI TruSense sistemi və çoxsensorlu X-TAP texnologiyası istifadə olunur ki, bu da sensorların paylanmış arxitekturaya əsaslanaraq işləməsi sayəsində baş verir. Bu tip təkmilləşdirmələr istifadəçilərə daha dəqiq, sürətli və detallı sağlamlıq qiymətləndirmələri aparmaq üçün sadəcə barmağın ucu ilə ölçmə imkanı açır. Həmçinin HUAWEI WATCH 5 modelində cihazla idarəetmə üçün iki yeni jest – “İkiqat sürüşdürmə” və “İkiqat toxunma” təqdim olunur. Ənənəvi rəng palitrasına əlavə olaraq, bu model daha zərif rəngdə — yeni bənövşəyi və qum rəngində təqdim olunur və bu rənglər cihazın həm innovativ, həm də premium dizaynını vurğulayır.
Yeni flaqman cihazlar: texnologiya və üslubun vəhdəti
Tədbirdə həmçinin HUAWEI WATCH FIT 4 seriyalı ağıllı saatlar, HUAWEI FreeBuds 6 qulaqlıqları və HUAWEI MatePad Pro 12.2” planşeti təqdim olundu.
HUAWEI WATCH FIT 4 saatları FIT seriyasının kvadrat dizayn ənənəsini qoruyaraq, “Hərəkətdə üslub” fəlsəfəsinə uyğun hazırlanıb – burada sağlam həyat tərzi və özünə qayğı ən ön plandadır. Cəmi 9.3 mm nazikliyində olan ultra-yüngül HUAWEI WATCH FIT 4 Pro peşəkar səviyyəli idman rejimləri təklif edir: kross qaçışı, 40 metrədək dərinliyə dalma və qolf, təkmilləşdirilmiş HUAWEI TruSense sistemi ilə fiziki aktivliyin daha intellektual və kompleksli monitorinqini təmin edir.