20 C
Baku
Tuesday, April 23, 2024

“Huawei” böhranı “Google”a neçəyə başa gələcək?

Amerikanın Çinin telekommunikasiya şirkəti “Huawei” üzərində tətbiq etdiyi sanksiyalar şirkətin özündən sonra ən çox “Google”a təsir edib. Bu sanksiya qərarı “Google”a neçəyə başa gələcək?

Amerika hökumətinin aldığı qərardan sonra ötən həftə “Google” da “Huawei” ilə əməkdaşlığına məhdudiyyət qoyub.

Hökumətin daha sonrakı açıqlamasına görə, onların “Huawei” ilə bağlı bəzi sanksiyaları 90 günlüyünə müvəqqəti ertələnib. Bununla belə şirkət lisenziya olmadan Amerika istehsalı məhsulları ala bilməyəcək. Bu isə ona yeni məhsul istehsal etmək üçün vacibdir.

Böhran “Google”a neçəyə başa gələcək?

“Nomura Instinet” tərəfindən açıqlanan hesabata görə, “Google”un “Huawei”in Anroid lisenziyasını dayandırması, texnologiya nəhənginə 425 milyon dollar gəlir itkisinə səbəb olacaq.

Qeyd etmək yerinə düşər ki, “Google”, tətbiq marketi “Play Store” üzərindən təkcə 2018-ci ildə 7 milyard dollar qazanıb. Bu gəlirin 388 milyon dollarını “Huawei”in ağıllı telefonları təşkil edib.

©Facemark.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər