8 C
Baku
Sunday, January 29, 2023

“Huawei” daxili simsiz qulaqlıqlara malik dünyanın ilk ağıllı saatını təqdim edib

“Huawei” şirkəti daxili simsiz qulaqlıqlara malik dünyanın ilk ağıllı saatını təqdim edib. Aksesuar “Watch Buds” adını alıb. Çində yeniliyin qiyməti təxminən 430 dollar təşkil edir, digər bazarlardakı vəziyyət hələki açıqlanmır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Polad korpusda hazırlanmış aksesuar 1.43 düymlük AMOLED displey ilə təchiz edilib. Eyni zamanda, ağıllı saata hər birinin çəkisi 4 qram olan qulaqlıqlar da yerləşdirilib.

“Watch Buds” saatı 80-dən çox aktiv idman növlərini dəstəkləyir. Cihaz şirkətin özünün buraxdığı “HarmonyOS 3.0” əməliyyat sistemi ilə işləyir.

Son xəbərlər
Digər xəbərlər
X