“Huawei” şirkəti yeni “Mate 50” smartfonlarının təqdimatını keçirib. Sputnik rabitəsini dəstəkləyən bu smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 8 Gb operativ yaddaş, 256 və ya 512 Gb daxili yaddaş, 6.7 düymlük OLED-displey və 5G texnologiyasını alıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Qeyd olunur ki, smartfon 4700 mAh tutumlu batareya ilə təchiz edilib. HarmonyOS 3 əməliyyat sistemi ilə işləyən bu yeniliyin sentyabrın 21-i satışa çıxacağı gözlənilir. Qiymətlər təqribi aşağıdakı kimi olacaq:
256 Gb – $960
512 Gb – $1125