19 C
Baku
Friday, October 4, 2024

“Huawei” dünyanın ilk üç dəfə qatlanan smartfonunu təqdim edib – Fotolar

“Huawei” şirkəti “Apple”ın böyük təqdimatından cəmi 12 saat sonra əlamətdar məhsulunu – dünyanın ilk üç dəfə qatlanan smartfonunu təqdim edib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. “Mate XT” adlanan bu cihaz flaqman “iPhone 16 Pro Max”dan təxminən üç dəfə bahadır.

Smartfonun çəkisi 238 qram, korpusunun qalınlığı isə açıq vəziyyətdə 3.6 mm, qatlanmış halda isə 12.8 mm təşkil edir. Beləliklə, iki yerdə qatlana bilən bu smartfon 10.2, 7.9 və 6.4 düymlük ekranlı konfiqurasiyada istifadə oluna bilər.

Huawei2

Huawei3

Arxa tərəfdə dörd sensorlu səkkizbucaqlı kamera sistemi modulu quraşdırılıb. Süni intellekt alqoritmlərinə əsaslanan “Huawei XMAGE” texnologiyası çəkiliş keyfiyyətini yaxşılaşdırır. Eyni zamanda, smartfon selfi üçün 8 meqapiksellik ön kamera alıb.

Huawei4

Üç bölmənin hər birinin altında ümumi həcmi 5600 milliamper/saat olan nazik akkumulyator var. Smartfon 66 Vt sürətli yükləməni, həmçinin 50 Vt simsiz enerji sistemini dəstəkləyir.

Çində 16GB+256GB konfiqurasiyalı “Huawei Mate XT”nin qiymətləri 19 999 yuandan (indiki məzənnə ilə təxminən 2.8 min dollar) başlayır ki, bu da ən bahalı “Apple” smartfonu – “iPhone 16 Pro Max”dan təxminən 2.5 dəfə bahadır.

Qadcetin 16 GB əməli yaddaşa və 1 TB daxili yaddaşa malik flaqman versiyasının qiyməti 23 999 yuan (təxminən 3.4 min dollar) olacaq. Yenilik 20 sentyabr 2024-cü il tarixində satışa çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər