Çinin texnologiya nəhəngi “Huawei” elektrikli avtomobil bazarına daxil olur.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verir.
“Huawei”in məqsədi – ilk növbədə Amerikanın “Tesla” və Çinin “Xiaomi” ilə rəqabət etməkdir.
Şirkət avtopilot və elektromobillər üçün batareyalar texnologiyalarının araşdırılmasına 1 milyard dollar investisiya yatırmağa hazırdır. Müqayisə üçün “Xiaomi” elektrikli avtomobillərə 10 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Hazırda “Huawei” üç çinli istehsalçı ilə danışıqlar aparır. Onlardan biri ilə ortalıqda şirkət avtomobillərinin istehsalına başlamağı planlaşdırır.
Verilən məlumata görə, şirkət öz avtomobillərini istehsal etmək layihəsinin olduqca sərfəli olduğunu söyləyir. Çində ildə 30 milyon avtomobil satılır və “Huawei” daxili bazarını tərk etməsə, şirkət yaxşı pul qazana biləcək. “Satılmış hər avtomobildən 1 500 dollar (10 000 yuan) qazansaq belə, bu artıq yaxşı bir nəticə olacaq”, – deyə şirkətdən bildirilib.
“Huawei”in kifayət qədər rəqibi var. Uzun illərdir bazarda tanınmış “Tesla” ilə yanaşı, gələcək “Apple” və “Xiaomi” şirkətləri var. Üstəlik, Çin bazarında bir çox yerli istehsalçı var, məsələn, “Nio” və “Xpeng”: bu şirkətlər hər il on minlərlə avtomobil satırlar. Onlardan əlavə, “Baidu” və “Geely” də bazara daxil olmağı planlaşdırırlar.